...

SİF-in güzəştli kredit ilə təmin etdiyi layihələrin 94%-dən çoxu regionların payına düşür

İqtisadiyyat Materials 3 Fevral 2025 18:18 (UTC +04:00)
SİF-in güzəştli kredit ilə təmin etdiyi layihələrin 94%-dən çoxu regionların payına düşür
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli kredit ilə təmin edilmiş layihələrin 94,7%-i regionların payına düşüb.

Trend Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir ki, həmçinin, verilmiş güzəştli kredit məbləğinin isə 72%-i, yaxud 178,632 milyon manatı regionların payına düşüb.

Güzəştli kreditlər regionlarda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi dinamikanın artmasına töhfə verir. 2024-cü ildə dövlətin güzəştli vəsaitlərinin əhəmiyyətli hissəsi regionların inkişafına xidmət edən layihələrə yönəldilib.

Bununla yanaşı, ötən il Fond tərəfindən maliyyələşdirilən layihələrin 99,8%-i, ayrılan güzəştli kredit məbləğinin isə 93,4%-i məhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti