...

Nəqliyyat sektoruna verilən biznes kreditlərinin həcmi 1,5 milyard manata yaxınlaşır

İqtisadiyyat Materials 3 Fevral 2025 09:46 (UTC +04:00)
Nəqliyyat sektoruna verilən biznes kreditlərinin həcmi 1,5 milyard manata yaxınlaşır
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən nəqliyyat sektoruna verilmiş biznes kreditlərinin həcmi 1 milyard 461 milyon manata çatıb.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 180,7 milyon manat və ya 14,1% çoxdur. Belə ki, 2023-cü ilin sonunda Azərbaycandakı banklar tərəfindən nəqliyyat sektoruna verilmiş biznes kreditlərinin həcmi 1 milyard 280,4 milyon manat olub.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14 milyard 787 milyon manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 17,2% və ya 2 milyard 170 milyon manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12,6 milyard manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti