Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında və bəzi bölgələrdə fevralın 4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Hacıqabul, Şamaxı, Qobustan, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Goranboy, Şəmkirdə cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bu sarı xəbərdarlığa uyğundur.