Bakı. Trend:
Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə yığımların həcmi 82 milyon 699 min manata çatıb.
Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, bu sığorta növü üzrə toplanmış sığorta haqqından 3 milyon 310 min manat sığorta ödənişi edilib. Edilən sığorta ödənişləri toplanmış sığorta haqqından 79 milyon 389 min manat və ya 25 dəfə 25 dəfə çox olub.
Ötən il daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar əvvəlki illə müqayisədə 4 milyon 498 min manat və ya 5,8% artıb. Bu sığorta növü üzrə ödənişlər isə illik müqayisədə 2 milyon 416 min manat, yaxud da 42,2% azalıb. Belə ki, 2023-cü ildə daşınmaz əmlakın icbari sığortası üzrə yığımların həcmi 78 milyon 201 min manat, ödənişlərin həcmi isə 5 milyon 726 min manat olub.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarının ümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumi həcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4 milyon manat və ya 28,1% artım deməkdir.