Bakı. Trend:
Qəzzada İsraillə HƏMAS arasında gedən silahlı münaqişədə həlak olan anklav sakinlərinin sayı 61,709 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı Qəzza Hökumət İnformasiya İdarəsinə istinadən məlumat yayıb.
İtkin düşən və indiyə kimi aşkarlanmamış insanların da artıq ölülərin siyahısına daxil edildiyi bildirilir.
Qurumun rəsmisi keçirilən mətbuat konfransında həlak olan fələstinlilərin 76 faizinin meyitinin artıq aşkarlanaraq müvafiq tibb mərkəzlərinə təhvil verildiyini bildirib. Bununla belə 14,222 nəfərin nəşinin hələ də dağıntılar altında qaldığı güman edilir.
Qəzzanın Əl-Şifa Xəstəxanasının rəsmisi Salama Maruf jurnalistlərə bildirib ki, qurbanlardan 17,881 nəfəri yetkinlik yaşına çatmamış uşaqlar, 214 yeni doğulmuş körpələrdir.