...

Bakı və Sumqayıt şəhərlərində dələduzluqda şübhəli bilinən 3 şəxs saxlanılıb

Cəmiyyət Materials 3 Fevral 2025 12:36 (UTC +04:00)
Bakı və Sumqayıt şəhərlərində dələduzluqda şübhəli bilinən 3 şəxs saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Yasamal və Nəsimi rayonlarında, həmçinin Sumqayıt şəhərində 3 nəfərin ümumilikdə 4080 manatının dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 58 yaşlı R.Tanrıverdiyev, 42 yaşlı V.Mirzəyev və 28 yaşlı Ə.Əsədzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti