...

Bəzi özəl tibb müəssisələrində gigiyena vəziyyəti aşağıdır - Deputat

Siyasət Materials 3 Fevral 2025 15:43 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi özəl tibb müəssisələrində gigiyena vəziyyəti aşağıdır. Yoxlamaların olmamasından istifadə edərək sertifikatsız fəaliyyət göstərən mütəxəssislər var.

Trend xəbər verir ki, bunu Milli Məclisin 2025-ci il yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı zamanı deputat Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, buna baxmayaraq, ölkədə yetərli qədər yüksək tibbi xidmət göstərən özəl müəssisələr var:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasından sonra Azərbaycanda səhiyyə büdcəsi 4.2 dəfə artıb. Bu qanunun yaratdığı bəzi imkanlardan sui-istifadə hallarının qarşısının alınması üçün aidiyyəti qurumlar müəyyən addımlar atmalıdır, bəzi qərar və qanunlar qəbul edilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti