...

“Azərkosmos”un ixrac gəlirləri məlum olub

İqtisadiyyat Materials 3 Fevral 2025 13:21 (UTC +04:00)
“Azərkosmos”un ixrac gəlirləri məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) 18,5 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti ixrac edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar buraxılışına istinadən xəbər verir.

Məlumata görə, bu, əvvəlki illə müqayisədə 1,3 milyon ABŞ dolları və ya 6,6% azdır. 2023-cü ildə Azərkosmos 19,8 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti ixrac edib.

Hesabat dövründə Azərkosmos tərəfindən dünyanın 50 ölkəsinə (əvvəlki illə müqayisədə 2 ölkə az) peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73%-ni təşkil edib.

2024-cü ildə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,8 milyon ABŞ dolları ilə Lüksemburq, 855,5 min ABŞ dolları ilə BƏƏ, 683,8 min ABŞ dolları ilə Pakistan, 654,5 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.

Ötən ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti