Bakı. Trend:
Xərclər smetası ilə yanaşı, Hesablama Palatasına 2024-cü il ərzində dövlət büdcəsinin bölüşdürülməmiş xərc istiqamətlərindən də əlavə vəsait ayrılıb.
Palatadan Trend-ə verilən məlumata görə, iki beynəlxalq tədbir üçün 159 min manat və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası üçün xərc istiqaməti üzrə 2,7 min manat ayrılıb.
Məlumata görə, bütün istiqamətlər nəzərə alınmaqla Hesablama Palatası üçün 2024-cü ildə 11,586 milyon manat nəzərdə tutulub, büdcənin kassa icrası 9,332 milyon manata bərabər olub.
Başqa sözlə, Hesablama Palatasının büdcəsi il üçün 80,5% icra olunub.
Qeyd edək ki, təsdiq edilmiş büdcə ilə müqayisədə icra edilməyən məbləğ 2,254 milyon manat, o cümlədən əməyin ödənişi üzrə 1,872 milyon manat, alışlar üzrə 334,1 min manat, sosial ödənişlər üzrə 47,7 min manat təşkil edib.