...

İkitərəfli beynəlxalq yük daşımalarında Azərbaycan daşıyıcılarının bazar payı açıqlanıb

İqtisadiyyat Materials 3 Fevral 2025 13:27 (UTC +04:00)
İkitərəfli beynəlxalq yük daşımalarında Azərbaycan daşıyıcılarının bazar payı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Milli daşıyıcıların ikitərəfli beynəlxalq yük daşımaları bazarında payları əsaslı dərəcədə artıb və beynəlxalq səviyyədə rəqabətdə daha dayanıqlı olmaları təmin edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən məlumata görə, ötən il ikitərəfli yük daşımalarında Azərbaycan daşıyıcılarının bazar payı 49% təşkil edib.

“Eyni zamanda Azərbaycan daşıyıcıları ölkəmizin ərazisindən tranzit daşımalar da həyata keçirirlər. Son 5 ilə nəzər salsaq, 2020-ci ildə milli daşıyıcıların ölkəmizin ərazisindən tranzit daşıma sayı 7 849 idisə, 2024-cü ildə bu rəqəm 41 038 olub. Burada da 5 dəfədən çox artımı görürük. Bu növ daşımalar həm də milli daşıyıcıların həyata keçirdiyi 3-cü ölkə daşımalarıdır ki, ölkəmizə valyuta gətirilməsi baxımıdan xüsusi əhəmiyyət daşıyır”, - məlumatda bildirilib.

Qeyd olunub ki, 2023-cü il illə müqayisədə 2024-cü ildə beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 1 066 ədəd artaraq 13 790 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti