Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramının qarşısını almaq məsələsində uğursuzluğa düçar olacağı təqdirdə İsrailə bu ölkənin nüvə obyektlərinə zərbələr endirməsinə icazə verə bilər.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər yazır.
"Tramp çox güman ki, İran tərəfinə açıq bir ismarıc çatdırmaq üçün daha güclü iqtisadi təzyiqlər göstərəcək və Vaşinqtonun dəstəklədiyi İsrailin güc tətbiqi təhdidindən istifadə edəcək: diplomatik həll yolu mövcuddur, lakin İran ondan istifadə etməlidir, əks halda nüvə infrastrukturunu məhv edəcək hərbi zərbələrə məruz qalacaq", - məlumatda vurğulanıb.
Qeyd edilir ki, Tramp administrasiyası ilə əldə ediləcək razılaşma, ABŞ-nin İranın nüvə proqramını "qəti şəkildə dayandırmasına" imkan verəcəyi üçün İsrail üçün "böyük əhəmiyyət" daşıyacaq.