...

Azərbaycanda milli mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis edilir (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2025 15:22 (UTC +04:00)
Azərbaycanda milli mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis edilir (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan milli mətbuatının 150 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı təsis ediləcək.

Trend xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin 2025-ci il yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qanuna edilən dəyişikliklə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” də təsdiqlənəcək.

Əsasnamədə bildirilib ki, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.

Qanun layihəsi bir oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti