...

Azərbaycanda müasir avtobusların sayı məlum olub

İqtisadiyyat Materials 3 Fevral 2025 13:30 (UTC +04:00)
Azərbaycanda müasir avtobusların sayı məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda müasir avtobusların sayı 2160-a çatıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən məlumata görə, Bakıda ictimai nəqliyyat parkı sürətlə yenilənir.

"Hazırda Azərbaycana COP29 konfransı ərəfəsində gətirilən 160 sıfır emissiyalı elektrik avtobusu paytaxtın müxtəlif marşrutlarında uğurla işləyir, özəl şirkətlər isə elektrik enerjisi və sıxılmış qazla işləyən daha 85 ekoloji təmiz avtobus alıblar. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək istifadəyə verilib və müasir avtobusların sayı 2160-a çatıb", - məlumatda deyilir.

Vurğulanıb ki, yeni avtobuslar nağdsız ödəniş üçün validatorlarla təchiz edilir. Bu da xidmətlərin rəqəmsallaşdırılması prosesini sürətləndirir.

Qeyd olunub ki, 2024-cü ilin yekunlarına görə, bu ödəniş formasının payı 77,5% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti