...

Sənaye sahəsinə verilən biznes kreditlərinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 3 Fevral 2025 09:21 (UTC +04:00)
Sənaye sahəsinə verilən biznes kreditlərinin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən sənaye sahəsinə verilmiş biznes kreditlərinin həcmi 2 milyard 711 milyon manata çatıb.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 367,4 milyon manat və ya 15,7% çoxdur. Belə ki, 2023-cü ilin sonunda Azərbaycandakı banklar tərəfindən biznes sahəsinə verilmiş kreditlərin həcmi 2 milyard 344 milyon manat olub.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14 milyard 787 milyon manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 17,2% və ya 2 milyard 170 milyon manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12,6 milyard manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti