Bakı. Trend:
Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclası başlayıb.
Trend xəbər verir ki, plenar iclasın gündəliyinə 16 məsələ daxil edilib.
1. Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il yaz
sessiyasının qanunvericilik işləri planı.
2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının
yaradılması haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının
yaradılması haqqında.
4. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası
əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında”
Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik
edilməsi barədə.
5. “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan
Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi
sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.
6. “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin
Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi.
7. “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.
8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi.
9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).
11. “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
12. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
14. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
15. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).