...

Tramp bu ölkənin maliyyələşməsini dayandırdı

Dünya xəbərləri Materials 3 Fevral 2025 13:41 (UTC +04:00)
Tramp bu ölkənin maliyyələşməsini dayandırdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Cənubi Afrika Respublikasında iddia olunan insan haqları pozuntuları ilə bağlı araşdırmalar keçirilənə qədər ABŞ bu ölkəyə istənilən maliyyələşməni dayandıracaq.

Trend xəbər verir ki, bunu ABŞ-nin prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında bildirib.

O, qeyd edib ki, CAR torpaqları müsadirə edir və əhalinin müəyyən siniflərinə qarşı çox pis davranır.

Onun sözlərinə görə, Cənubi Afrikada insan haqları pozuntusu kütləvi hal alıb və hamının gözü önündə baş verir.

“ABŞ buna dözəsi deyil. Mən bu vəziyyətin tam araşdırılması başa çatana qədər Cənubi Afrika Respublikasının istənilən maliyyələşməsini dayandırıram”, - deyə Ağ Ev rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti