...

Son 5 ildə avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayı açıqlanıb

İqtisadiyyat Materials 3 Fevral 2025 13:20 (UTC +04:00)
Son 5 ildə avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son 5 ildə avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayı 4,6 dəfə artaraq 375 256 olub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən məlumata görə, 2020-ci ildə bu rəqəm 80 737 təşkil edib.

Məlumata əsasən, daşımaların həcmi isə 4,8 dəfə artaraq 7 milyon tondan çox olub.

İkitərəfli beynəlxalq yük daşımalarının həcmi 1,5 dəfə artaraq 7 milyon tondan çox olub.

Beləliklə, 2024-cü ildə tranzit və ikitərəfli beynəlxalq yük daşımalarının ümumi həcmi 14 milyon tondan artıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti