...

MSK sədri seçki məntəqələrində çəkilişin aparılmasına icazə verilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib

Siyasət Materials 3 Fevral 2025 16:09 (UTC +04:00)
MSK sədri  seçki məntəqələrində çəkilişin aparılmasına icazə verilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Seçki məntəqələrində tərəflərin razılığı olmadan çəkiliş aparmaq olmaz.

Trend xəbər verir ki, bunu bu gün MSK sədri Məzahir Pənahov MSK-nın keçirilən iclası zamanı seçki məntəqələrində çəkilişin aparılmasına icazə verilməməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

"Əgər seçki məntəqəsində kimsə çəkiliş zamanı kadra düşmək istəmirsə, onları çəkməyə icazə yoxdur. Vətəndaş icazə verərsə, onu çəkmək olar. Yəni, kimisə istəmədiyi halda çəkmək düzgün deyil",- deyə o əlavə edib.

Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti