...

Güzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı açıqlanıb

İqtisadiyyat Materials 3 Fevral 2025 16:27 (UTC +04:00)
Güzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il güzəştli kredit mexanizmindən yararlanan sahibkarlıq subyektlərinin sayı əhəmiyyətli dərəcədə artıb.

Trend bu barədə Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.

Məlumata görə, ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 5 min 722-yə çatıb. Bu göstərici 2023-cü illə müqayisədə 74,7% artıb. Bununla yanaşı, verilmiş kredit məbləği isə 28% artaraq 248,1 milyon manat təşkil edib.

Fond tərəfindən verilmiş ümumi güzəştli kredit məbləğinin 53,3%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 38,1%-i sənaye məhsullarının istehsalı və emalı (o cümlədən, aqrar emal), 6,1%-i xidmət, 2,1%-i turizm və 0,4%-i isə balıqçılıq və akvakultura sahələrinə yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti