...

Nazirlər Kabinetinin üç qərarı ləğv edilib

Cəmiyyət Materials 3 Fevral 2025 11:17 (UTC +04:00)
Nazirlər Kabinetinin üç qərarı ləğv edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabinetinin üç qərarı ləöv edilib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Ləğv edilən qərarlar aşağıdakılardır:

1. “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2100 (Cild I); 2024, № 4, maddə 471, № 9, maddə 1090);

2. “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 191 (Cild I);

3. “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 192 (Cild I); 2024, № 9, maddə 1090).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti