Bakı. Trend:
Türkiyədə lirəsi ucuzlaşıb.
Trend xəbər verir ki, ilk dəfə olaraq ABŞ dollarının Türkiyədəki məzənnəsi rekord - az qala 36 lirə səviyyəsinə çatıb.
Məlumata görə, Bakı vaxtı ilə 15:30-a olan göstəricilərə əsasən dollar lirəyə nisbətən 0,83% bahalaşaraq 35,9931 lirə həddinə gəlib.
Qeyd edək ki, türk lirəsi dollara nisbətdə iyun ayından bəri fasiləsiz olaraq ucuzlaşır.