...

Azərbaycan və BƏƏ ticari-iqtisadi sahədə əməkdaşlıq imkanlarını dəyərləndirib

İqtisadiyyat Materials 3 Fevral 2025 11:25 (UTC +04:00)
Azərbaycan və BƏƏ ticari-iqtisadi sahədə əməkdaşlıq imkanlarını dəyərləndirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində potensial işbirliyi imkanları dəyərləndirilib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.

"BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşməkdən məmnun olduq. Ölkələrimizin iqtisadi tərəfdaşlığını gücləndirmək istiqamətində ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində potensial işbirliyi imkanlarını dəyərləndirdik. Birgə İnvestisiya Fondunun fəaliyyəti və prioritet sahələrə sərmayə qoyuluşu barədə müzakirələr apardıq", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, ötən il Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət əməliyyatlarının həcmi 96,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 36,4 milyon ABŞ dolları və ya 27,3% azdır.

2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azdır. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti