...

Suriya və Yaxın Şərqlə Azərbaycan arasında münasibətlər üçün yeni perspektivləri yaranıb – Deputat

Siyasət Materials 3 Fevral 2025 12:02 (UTC +04:00)
Suriya və Yaxın Şərqlə Azərbaycan arasında münasibətlər üçün yeni perspektivləri yaranıb – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Suriyada bərpa və quruculuq işində yaxından iştirak etməlidir. Düşünürəm ki, Azərbaycanın prioritetlərindən biri Şərqdə xarici siyasətlə bağlı yeni ideyaların müəyyənləşməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, biz qardaş Türkiyə ilə birlikdə Suriyanın bərpası məsələsində yaxından iştirak etməliyik

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deputat Hikmət Babaoğlu deyib.

“Azərbaycanın maarif və ictimai institutları bu məsələyə xüsusi fokuslanmalıdırlar. Çünki Suriya bizim üçün uzaq coğrafiya deyil. Əgər 14-cü əsrdə Nəsimi Hələbə gedirdisə, deməli, Nəsimini Hələbə aparan səbəb Hələbin Azərbaycanın etnomədəni, din coğrafiyasının davamı olması idi. Bu gün də Nəsiminin məzarı hələ də Hələbdədirsə, deməli, onun məzarının olduğu yer bizim üçün mənəvi vətəndir. Ona görə də düşünürəm ki, Suriya və Yaxın Şərqlə Azərbaycan münasibətlərinin yeni perspektivləri yaranıb”, - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti