...

FlyArystan Astanadan Bakıya mövsümi aviareyslərin biletlərini satışa çıxarıb

İqtisadiyyat Materials 3 Fevral 2025 11:09 (UTC +04:00)
FlyArystan Astanadan Bakıya mövsümi aviareyslərin biletlərini satışa çıxarıb
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstanın loukoster hava yolları şirkəti olan “FlyArystan” Astana-Bişek-Astana və Astana-Bakı-Astana istiqamətlərində aviabiletlərin satışına başlayıb. Sözü gedən reyslər yay mövsümündə açılacaq.

Trend “FlyArystan”a istinadən xəbər verir ki, Astanadan Bişkekə və geriyə olan reyslər 1 iyunda başlayıb 31 avqusta qədər (2025-ci il) davam edəcək. Hava reysləri həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Astana- Bakı-Astana reysləri isə iyunun 2-də açılacaq və həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Qeyd edək ki, daha əvvəl aviaşirkət 2025-ci ilin yaz-yay mövsümü üçün aviabilet satışlarının açıldığını elan etmişdi. Artıq sərnişinlər Bişkek, Bakı və digər beynəlxalq və daxili istiqamətlərə ən sərfəli qiymətlərlə biletləri FlyArystan mobil tətbiqi, şirkətin rəsmi saytı, eləcə də digər mövcud satış kanalları vasitəsilə əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti