Bakı. Trend:
Qeyi-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin 2024-cü il üzrə reytinqi açıqlanıb.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar buraxılışına istinadən xəbər verir.
Məlumata görə, ötən il üzrə qeyri-neft sektorunda iştirak edən dövlətə məxsus olan əsas ixracatçı subyektlərinin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edib. Belə ki, idarənin ixrac gəlirlərinin həcmi əvvəlki illə müqayisədə 36,3 milyon ABŞ dolları, yaxud da 9,7% artaraq 410,5 milyon ABŞ dollarına çatıb.
Siyahının sonuncu yerində 588,4 min ABŞ dollar ixrac gəliri ilə “Azəripək" MMC dayanıb. Şirkətin ixrac gəlirləri illik müqayisədə 1,1 milyon və ya 2,9 dəfə azalıb. Ötən il MMC-nin ixrac gəlirlərinin həcmi 1,7 milyon ABŞ dolları təşkil edib.
Ötən il qeyi-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Şirkət adı |
2024 (milyon dollar) |
2023 (milyon dollar) |
ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi |
410.5 |
374.2 |
SOCAR Polymer MMC |
237.6 |
296.7 |
AzerGold QSC |
175.8 |
124.6 |
Azəralüminium MMC |
135.3 |
128.2 |
AzərEnerji ATSC |
93.1 |
401.5 |
Azərpambıq Aqrar Sənaye Kompleksi MMC |
56.1 |
22.2 |
Azərbaycan Hava Yolları QSC |
15.5 |
19.4 |
Naxçıvan MR Dövlət Energetika Xidməti |
1 |
944 min |
Suraxanı Maşınqayırma Zavodu ASC |
695.9 min |
0 |
Azəripək MMC |
588.4 min |
1.7 |