...

Bakıda kafedən pul kisəsi oğurlayan şəxs saxlanılıb

Gündəm Materials 3 Fevral 2025 14:04 (UTC +04:00)
Bakıda kafedən pul kisəsi oğurlayan şəxs saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nizami rayonu B.Nuriyev küçəsində yerləşən kafelərin birindən bir nəfərə məxsus içərisində 1026 manat, bank kartı və sənəd olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İ.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti