...

Trampın bəyanatı Asiya birjalarının tənəzzülünə səbəb olub

Dünya xəbərləri Materials 3 Fevral 2025 11:22 (UTC +04:00)
Trampın bəyanatı Asiya birjalarının tənəzzülünə səbəb olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın sərt gömrük siyasəti ilə bağlı açıqlaması Asiyanın ixracatdan asılı olan bir sıra aparıcı şirkətlərinin səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub. MSCI Asia Pacific indeksi iki faizdən çox ucuzlaşıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, dünya artıq “qlobal ticarət müharibəsinin” birinci mərhələsinə qədəm qoymuş olub.

Honq Konqun “Hang Seng” indeksi 0,7% aşağı düşüb, Yaponiyanın “Nikkey 225” indeksi isə nə az nə çox 2,8% geriləyib. Bundan başqa Cənubi Koreya birjasının “Kospi” indeksi 3%, Avstraliyanın ASX 200 indeksi isə 1,9% ucuzlaşıb.

Asiyalı investorlar, bundan əvvəl Trampın Çinə qarşı gözlənildiyindən daha yumşaq siyasət yürütdüyünə əsasən onun rüsumun tətbiq olunması fikrindən daşınacağına ümid edirdilər. İqtisadi analitiklər, tətbiq olunacağı gözlənilən yeni rüsumların Çinin ixracatına və ümumilikdə ölkənin iqtisadiyyatına ağır zərbə vuracağını hesab edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti