Bakı.Trend:
Suriya prezidenti vəzifələrini icra edən Əhməd Əş-Şara fevralın 4-də Türkiyəyə rəsmi səfər edəcək.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezident administrasiyasının kommunikasiyalar üzrə idarəsinin rəhbəri Fəxrəddin Altun bəyan edib.
“Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şara bizim prezident Tayyip Ərdoğanın dəvəti ilə çərşənbə axşamı, fevralın 4-də Ankaraya səfər edəcək. Danışıqlar zamanı bütün aspektlərdə Suriyada baş vermiş son hadisələr müzakirə olunacaq və Suriya iqtisadiyyatının bərpası, dayanıqlı sabitliyin və təhlükəsizliyin təmin olunması üçün iki ölkənin birgə addımlarının qiymətləndirilməsi aparılacaq”,- Altun öz “X” səhifəsində yazıb.