...

Kitabxana və muzeylərin təsərrüfatdan əldə etdiyi vəsaitdən müxtəlif məqsədlər üçün istifadə ediləcək

Cəmiyyət Materials 3 Fevral 2025 15:37 (UTC +04:00)
Kitabxana və muzeylərin təsərrüfatdan əldə etdiyi vəsaitdən müxtəlif məqsədlər üçün istifadə ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kitabxana və muzeylərin qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə uyğun olaraq məşğul olduqları təsərrüfatdan əldə edilən vəsaitdən müxtəlif məqsədlər üçün istifadə ediləcək.

Trend xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin 2025-ci il yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilən “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Belə ki, kitabxanaların qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə uyğun olaraq məşğul olduqları təsərrüfatdan əldə edilən vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə ediləcək.

Həmçinin muzeylərin qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq məşğul olduqları təsərrüfatdan əldə edilən gəlirdən (bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə ediləcək.

Qüvvədə olan qanunvericiliyə əsasən, kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə uyğun olaraq təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsait kitabxananın sərəncamında qalır. Muzeylər də qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq təsərrüfat fəaliyyəti ilə də məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən gəlir bütövlükdə muzeylərin sərəncamında qalır.

Qeyd edək ki, qanun layihəsi mədəniyyət müəssisələri tərəfindən büdcədənkənar fəaliyyətdən əldə edilən gəlirlərin idarə olunması ilə əlaqədar qanunvericilikdə mövcud ziddiyyətin aradan qaldırılması məqsədilə hazırlanıb. Beləliklə, dəyişikliyə əsasən, sözügedən normativ hüquqi aktların struktur elementləri arasında kolliziya aradan qaldırılır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti