...

Hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından asılıdır - Deputat

Siyasət Materials 3 Fevral 2025 11:45 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub. Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin icrasında daim onun yanındadırlar.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deputat Ceyhun Məmmədov deyib.

Millət vəkili vurğulayıb ki, Vətən müharibəsində ön cəbhədə döyüşən qəhrəmanların əksəriyyəti gənclər idi:

“Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq “Dəmir yumruq” ətrafında sıx birləşdilər. Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır. Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur”.

Deputat əlavə edib ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır.

“Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur”, - deyə C.Məmmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti