...

Mask USAID-in ləğv prosesinin başladığını açıqladı

Dünya xəbərləri Materials 3 Fevral 2025 11:36 (UTC +04:00)
Mask USAID-in ləğv prosesinin başladığını açıqladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika hökumətinin effektivliyinin artırılması üzrə qurumun (DOGE) rəhbəri İlon Mask ABŞ-nin Beynəlxalq İnkişaf Üzrə Agentliyinin (USAID) ləğv olunması prosesinin başlanıldığını bəyan edib.

Trend xəbər verir ki, Mask bu barədə ona məxsus olan “X” sosial şəbəkəsində canlı yayımda açıqlama verib.

“Biz USAID-in ləğv olunması prosesesindəyik”, - deyə o yayımda bildirib. Maskın sözlərinə görə, USAID bir daha bərpa olunmayacaq.

"Bu, qurdlu alma deyil, sadəcə bir qurd yığınıdır... Alma yoxdur, ona görə də hər şeydən qurtulmaq lazımdır", - deyə o əlavə edib.

Bundan əvvəl Mask USAID-i bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti