Bakı. Trend:
Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni enerji sanksiyaları tətbiq etmək üçün Aİ ölkələri ilə birgə işləyəcək.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerın fevralın 3-də Brüsseldə Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitində iştirakı öncəsi açıqlamasında bildirilib.
"[Rusiya iqtisadiyyatına] [sanksiya] təzyiqini saxlamaq üçün avropalı tərəfdaşlarımızla işləmək üçün buradayam", - deyə o bildirib.
Onun sözlərinə görə, bu təzyiq enerji gəlirlərinə və raket zavodlarını təchiz edən Rusiya şirkətlərə yönəldilib. "Çünki son nəticədə bu, bizim [Ukraynaya] hərbi yardımımızla birlikdə sülhü yaxınlaşdıracaq", - deyə o əlavə edib.