...

Avropa İttifaqı Donald Trampın tariflərinə sərt reaksiya verəcək

Siyasət Materials 3 Fevral 2025 06:04 (UTC +04:00)
Avropa İttifaqı Donald Trampın tariflərinə sərt reaksiya verəcək

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Aİ-yə üzv ölkələrin mallarına gömrük rüsumları tətbiq edərsə, Aİ-nin reaksiyası sərt olacaq.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

"Aİ ədalətsiz və ya özbaşına Aİ mallarına tariflər tətbiq edən istənilən ticarət tərəfdaşına sərt cavab verəcək", - deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə 27 üzvlü blokun Aİ mallarına hər hansı əlavə rüsum qoyulmasından xəbəri yoxdur.

O, tariflərdən istifadənin “bütün tərəflər üçün zərərli” olduğunu qeyd edib və Trampın Kanada, Meksika və Çinə tariflər tətbiq etmək qərarına görə təəssüfləndiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti