...

Avropa liderləri Avropa İttifaqının müdafiəsini gücləndirməyi nəzərdən keçirəcəklər

Dünya xəbərləri Materials 3 Fevral 2025 02:10 (UTC +04:00)
Avropa liderləri Avropa İttifaqının müdafiəsini gücləndirməyi nəzərdən keçirəcəklər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları bazar ertəsi Brüsseldə keçiriləcək qeyri-rəsmi sammitdə Avropanın müdafiəsini gücləndirməyi müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta Aİ-yə üzv ölkələrin liderlərinə görüşə dəvət məktubunda yazıb.

"Bu görüşün məqsədi qəbul etməli olacağımız qərarlar üçün zəmin hazırlamaq və (Avropa) Komissiyasına və (Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə) Ali Nümayəndəyə birgə müdafiə təşəbbüslərini və onları inkişaf etdirmək üçün lazım olan resursları əhatə edən Avropa müdafiəsinin gələcəyinə dair “Ağ Kitab”ın hazırlanması prosesində tövsiyələr verməkdir", - deyə o bildirib.

O, həmçinin bu ilin iyununda Aİ-nin rəsmi sammitində müdafiə məsələlərinin müzakirə ediləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti