...

"Qalatasaray" klubu Alvaro Moratanın transferini açıqlayıb

İdman Materials 3 Fevral 2025 02:44 (UTC +04:00)
"Qalatasaray" klubu Alvaro Moratanın transferini açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyalı futbolçu Alvaro Morata İtaliyanın "Milan" klubundan icarə əsasında Türkiyənin "Qalatasaray" klubuna keçib.

Trend-in məlumatına görə, bu barədə "Qalatasaray" klubunun mətbuat xidməti bildirib.

Hücumçunun icarə müddəti mövsümün sonuna kimi hesablanıb. Türkiyə klubunun yayda futbolçunu almaq hüququ var.

Qeyd edək ki, 32 yaşlı Alvaro Morata 2024-cü ilin iyulunda 4 illik müqavilə əsasında "Milan"a keçib. Futbolçu komandanın heyətində 25 oyun keçirib, 6 qol vurub, 2 məhsuldar ötürmə edib. Klubla birlikdə ispaniyalı İtaliya Superkubokunun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti