Bakı. Trend:
Vaşinqton Panama kanalı ətrafında mövcud status-kvonu qəbuledilməz hesab edir və vəziyyətin dəyişəcəyini gözləyir.
Trend-in məlumatına görə, bu barədə Panamaya rəsmi səfərə gələn ABŞ dövlət katibi Marko Rubio bu ölkənin prezidenti Xose Raul Mulino ilə danışıqlar zamanı deyib.
Dövlət katibi bildirib ki, "Prezident Donald Tramp ilkin qərara gəlib" ki, Çin Kommunist Partiyasının mövcud təsir və nəzarət səviyyəsi Panama kanalına təhlükə yaradır və Amerika lideri tərəfindən Daimi Neytrallıq Müqaviləsinin pozulması və Panama kanalının istismarı kimi qiymətləndirilir.
"Dövlət katibi Rubio açıq şəkildə bildirib ki, status-kvo qəbuledilməzdir və təcili dəyişiklik olmasa, ABŞ müqaviləyə əsasən hüquqlarını qorumaq üçün lazımi tədbirlər görməyə məcbur olacaq", - deyə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.