...

Mask USAID-i cinayətkar təşkilat adlandırdı (FOTO)

Gündəm Materials 3 Fevral 2025 00:17 (UTC +04:00)
Mask USAID-i cinayətkar təşkilat adlandırdı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı milyarder, Tesla, SpaceX və X sosial şəbəkəsinin sahibi İlon Mask USAID-i cinayətkar təşkilat adlandırıb.

Trend xəbər verir ki, o, bu barədə özünün “X”dəki səhifəsində yazıb.

“USAID cinayətkar təşkilatdır”, - o bildirib.

Daha bir paylaşımında İ.Mask USAID-in amerikalıların vergilərini istifadə edərək bioloji silah təhqiqatları apardığını açıqlayıb:

“USAID-in SİZİN vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silah tədqiqatlarını maliyyələşdirdiyini bilirdinizmi?”.

Bundan əlavə, amerikalı milyarder USAID-in fəaliyyətindəki qanunsuzluqlar, təşkilatın Əfqanıstanda heroin istehsalını maliyyələşdirməsi, USAID-in Sorosun maliyyələşdirdiyi prokurorlara nəzarət edən təşkilata 27 milyon dollar ayırması və təşkilatın bir sıra digər qanunsuzluqları ilə bağlı müxtəlif şəxlərin paylaşımları ilə razılaşıb və onları öz səhifəsində paylaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti