Bakı. Trend:
“Apple” korporasiyası bu həftə “Confetti” adlı yeni rəqəmsal xidmətini işə salacaq.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yeni xidmət özündə təqvimlə onlayn-görüşlər üçün nəzərdə tutulan tətbiqi birləşdirəcək.
İT sahəsi üzrə ekspert isə qeyd edir ki “Confetti” Apple istifadəçilərini virtual görüşə çağırmağa imkan verəcək və sistem “iCloud” bulud xidməti ilə işləyəcək.
" “Apple” artıq uzun illərdir ki, “Calendar” xidmətini yeniləməyi planlaşdırır. “Confetti”nin relizi yanvar ayında “işıq üzü görən” iOS 18.3 əməliyyat sisteminə bağlıdır. Məhz bu səbəbdən yeni sistemin artıq “Apple” smartfonlarına əlavə olduğunu və relizdən dərhal sonra istifadəçilərin sərəncamına veriləcəyi güman edilir.", - o əlavə edib.