...

Reytinq turnirində 33 güləşçimiz iştirak edəcək

İdman Materials 3 Fevral 2025 21:35 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 5-dən 9-dək Xorvatiyada ilin ilk reytinq turniri keçiriləcək.

Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, “Zaqreb Open” adlanan yarışda hər 3 millimizin ümumilikdə 33 üzvü mübarizə aparacaq.

“Zaqreb Arena”da keçiriləcək turnirə sərbəst güləşçilər start verəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) çıxış edəcək.

Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 5 qadın güləşçimiz – Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik, Günay Qurbanova (hər ikisi 59 kq) və Zəhra Kərimzadə (72 kq) ənənəvi yarışda mübarizə aparacaq.

Yunan-Roma güləşi üzrə millimiz reytinq turnirinə daha geniş heyətlə qatılıb. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli, Elmir Əliyev (hər ikisi 55 kq), Nihat Məmmədli, Hüseyn Qəribov (hər ikisi 60 kq), Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov (hər ikisi 67 kq), Ülvü Qənizadə, Ruslan Nurullayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli, Davud Məmmədov (hamısı 77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Murad Əhmədiyev, Arif Niftullayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (130 kq) Xorvatiyada uğur qazanmağa çalışacaq.

Yarışda I dərəcəli referi Vüqar Şükürov ədaləti qoruyacaq.

Xəbər lenti

Xəbər lenti