Bakı. Trend:
2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına dəri məhsulları ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 5,2 faiz artaraq, 126 min 460 dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 1 milyon 532 min 644 dollar məbləğində dəri məhsulları ixrac edib.
Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə 110 milyon 163 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 4,6 faiz azdır.
Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azalaraq, 1 milyard 526 milyon 663 min dollara bərabər olub.