...

Qızılın spot qiyməti rekord həddə çatıb

Dünya xəbərləri Materials 4 Fevral 2025 21:32 (UTC +04:00)
Qızılın spot qiyməti rekord həddə çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin ticarət siyasətindəki qeyri-müəyyənlik fonunda qızılın spot qiyməti yenidən rekord səviyyəyə yüksəlib.

Trend xəbər verir ki, hərraclar zamanı qızılın bir unsiya qiyməti 2 836,72 dollara çatıb.

Bundan əlavə, Nyu-Yorkun Comex birjasında fevral fyuçersləri 0,2% artaraq bir unsiya üçün 2 841 dollar olub. İlin əvvəlindən etibarən qiymətli metal 7,6% bahalaşıb.

Xəbər lenti

Xəbər lenti