...

ABŞ 200-dən çox hindistanlı miqrantı deportasiya edib

Dünya xəbərləri Materials 4 Fevral 2025 11:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin ərazisində qanunsuz şəkildə yaşayan 200-dən çox Hindistan vətəndaşı C-17 hərbi-nəqliyyat təyyarəsi ilə vətənlərinə deportasiya olunub.

Trend xəbər verir ki, bu haqda NDTV məlumat yayıb.

Telekanalın öz mənbələrinə istinadən verdiyi məlumata görə, bu qarşıdakı “çoxsaylı reyslərin” sadəcə birincisidir. Hindistanlı qanunsuz mühacirləri daşıyan ilk təyyarənin Texas ştatından çıxdığı bildirilir.

Qeyd edək ki, Hindistanın baş naziri Narendra Modi gələn həftə Vaşinqtona rəsmi səfər edəcək. Bu Donald Trampın Ağ Evə gəlişindən sonra onun ABŞ-yə ilk səfəri olacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Amerika hüquq mühafizə orqanlarının səlahiyyətlərini artıraraq, onların miqrasiya məhkəməsinin qərarı olmadan qanunsuz mühacirləri həbs edib deportasiya etmə prosedurunu sürətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti