...

Mərkəzi Bankda sığortaçıların bu ilki strateji prioritetləri müzakirə edilib

İqtisadiyyat Materials 4 Fevral 2025 11:12 (UTC +04:00)
Mərkəzi Bankda sığortaçıların bu ilki strateji prioritetləri müzakirə edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta sektorunun cari il üçün strateji prioritetləri müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.

“Ötən ilin sənaye yekunlarını və cari ilin strateji prioritetlərini müzakirə etmək üçün Mərkəzi Bankda sığorta sektorunun rəhbərləri ilə görüşdük. Bundan əlavə, qısa və ortamüddətli hədəflər, o cümlədən maliyyə sektorunun inkişaf strategiyasının tərkib hissəsi kimi həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi apardıq” – deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti