Bakı. Trend:
Almaniyanın keçmiş kansleri Gerhard Şröder “ciddi tükənmişlik sindromu” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, 80 yaşlı sabiq kansler kəskin taqətsizlik və əhəmiyyətli enerji çatışmazlığı kimi tipi simptomlarla müşayiət olunan ciddi tükənmişlik sindromundan əziyyət çəkir. Siyasətçidə konsentrasiya və yaddaş problemləri, həmçinin yuxu ilə bağlı pozuntular müşahidə olunur.
Qeyd edək ki, Şröder 1998-ci ildən 2005-ci ilə qədər Almaniyanın kansleri vəzifəsini tutub.