...

Ekoloji böhran: Dünya okeanında suyun səviyyəsi yüksələcək

Dünya xəbərləri Materials 4 Fevral 2025 13:23 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İqlimlə bağlı dinamik dəyişikliklərin fəsadı olaraq dünya okeanının səviyyəsi 2300-cü ilə qədər 10 metr qalxa bilər.

Trend xarici KİV-lərə istinadənb xəbər verir ki, bunu Darem universitetinin coğrafiya fakültəsinin dosenti Tom Çadli deyib.

“Dinamik qeyri-sabitlik dəniz səviyyəsinin 2100-cü ilə qədər 1 metr, 2300-cü ilə qədər isə 10 metrə qədər yüksəlməsinə gətirib çıxara bilər”,- deyə professor bildirib.

Alim ən çox baş verən iqlim dəyişikliklərinin templərindən heyrətləndiyini vurğulayıb. Onun sözlərinə görə, bundan əvvəl ekoloji problemlərin təsiri altında Qrenlandiyada baş verən dəyişikliklər 10 il ərzində nəzərə çarpırdısa, indi bu proses cəmi 5 il çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti