...

Pakistan və Qırğızıstan prezidentlərinin Çinə dövlət səfəri başlayıb

Dünya xəbərləri Materials 4 Fevral 2025 23:35 (UTC +04:00)
Pakistan və Qırğızıstan prezidentlərinin Çinə dövlət səfəri başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 4-də Pakistan Prezidenti Asif Əli Zərdari və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Çinə dövlət səfəri rəsmən başlayıb.

Trend xəbər verir ki, hər iki dövlət başçısının təyyarəsi Pekin beynəlxalq hava limanına enib.

Səfər çərçivəsində liderlərin Çin rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirməsi, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etməsi gözlənilir.

Pakistan Prezidentinin səfəri fevralın 8-dək, Qırğızıstan Prezidentinin səfəri isə fevralın 7-dək davam edəcək. Hər iki lider səfər proqramı çərçivəsində Harbin şəhərində keçiriləcək 9-cu Asiya Qış Oyunlarının açılış mərasimində də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti