Bakı. Trend:
Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən iri sahibkarlığa 8,297 milyard manat biznes krediti verilib.
Trend Mərkəzi Banka istinadən xəbər verir ki, iri sahibkarlığa verilən biznes kreditlərinin həcmi əvvəlki ilin sonu ilə müqayisədə 2,46 milyard manat, yaxud da 32,7% artıb. 2023-cü ilin sonunda iri sahibkarlığa verilən biznes kreditlərinin həcmi 6,251 milyard manat olub.
Qeyd edək ki, ötən ilin sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,787 milyard manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 17,2% və ya 2,170 milyard manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12,616 milyard manat olub.
Xatırladaq ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 868 iri sahibkarlıq subyekti fəaliyyət göstərir.
İri sahibkarlıq subyektlərinin ən çoxu ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində (194), ən azı isə digər sahələrdə (3) fəaliyyət göstərir.