...

Avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar 10 milyon manatdan çox artıb

İqtisadiyyat Materials 4 Fevral 2025 15:46 (UTC +04:00)
Avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar 10 milyon manatdan çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımların həcmi 66 milyon manata çatıb.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu sığorta növü üzrə toplanmış sığorta haqqından 23,3 milyon manat sığorta ödənişi edilib. Edilən sığorta ödənişləri toplanmış sığorta haqqından 42,7 milyon manat və ya 2,8 dəfə az olub.

Ötən il avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar əvvəlki illə müqayisədə 11,2 milyon manat və ya 20,3% artıb. Bu sığorta növü üzrə ödənişlər isə illik müqayisədə 2,8 milyon manat, yaxud da 14% artıb. Belə ki, 2023-cü ildə avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımların həcmi 54,8 milyon manat, ödənişlərin həcmi isə 20,4 milyon manat olub.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarının ümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumi həcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4 milyon manat və ya 28,1% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti