...

Makron Fransada dövlət çevrilişi hazırlayır - Partiya lideri

Dünya xəbərləri Materials 4 Fevral 2025 11:30 (UTC +04:00)
Makron Fransada dövlət çevrilişi hazırlayır - Partiya lideri
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransa prezidenti Emmanuel Makron ölkədə dövlət çevrilişi hazırlayır.

Trend xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, Riçard Ferranın Fransanın konstitusiya şurasının rəhbəri postuna təyin olunması ilə, qanunvericiliyə edilə biləcək müvafiq dəyişiklik Makrona üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürmək imkanı qazandıracaq.

Filippo hesab edir ki, Ferrananın təyinatı heç də təsadüfi xarakter daşımır və bu təyinat dövlət çevrilişinə hazırlığın getməsindən xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti