...

“TikTok” sosial şəbəkəsində "Bakcell" mobil operatorunun adından dələduzluq həyata keçirilir - XƏBƏRDARLIQ

Gündəm Materials 4 Fevral 2025 16:25 (UTC +04:00)
“TikTok” sosial şəbəkəsində "Bakcell" mobil operatorunun adından dələduzluq həyata keçirilir - XƏBƏRDARLIQ
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“TikTok” sosial şəbəkəsində "Bakcell" mobil operatorunun adından dələduzluq həyata keçirilir.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə 50 GB internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir və "Abunə ol" düyməsinə kliklədikdə istifadəçilərdən bank kartı məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti